Kömək mərkəzi
Ən çox verilən suallar
Meyarlar, sənəd tələbləri və müraciətin qaydası ilə bağlı suallara cavablar.
Kimlər intellektual bölmələrdə xidmət üçün nəzərdə tutulan meyarlara uyğun hesab edilə bilər?
Ali məktəbə qəbul imtahanında 600 və yuxarı bal toplamış şəxslər; müvafiq qaydalara uyğun fənn olimpiadası və müsabiqə qalibləri; TOP-500 xarici universitet məzunları; Dövlət Proqramının təsdiqli universitet və təhsil proqramları siyahısına uyğun məzunlar; müvafiq siyahı üzrə Advanced/Expert beynəlxalq sertifikat sahibləri; texnoloji olimpiada və yarış qalibləri. Uyğunluq aidiyyəti qaydalara və təsdiqlənmiş siyahılara əsasən yoxlanılır.
600 və yuxarı bal toplamışamsa, elektron müraciət etməliyəm?
Xeyr. Bu meyara uyğun şəxslər aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsi əsasında müəyyən edilir. Şəxsin və ya ailə üzvlərinin əlavə elektron müraciətinə ehtiyac yoxdur.
Fənn olimpiadasının qalibi olmuşamsa, əlavə sənəd təqdim etməliyəm?
Müvafiq meyar üzrə şəxslər aidiyyəti qurumlar arasında məlumat mübadiləsi ilə müəyyənləşdirilir. Bu səbəbdən həmin şəxslərin və ya ailə üzvlərinin əlavə elektron müraciəti tələb olunmur.
Xaricdəki TOP-500 universiteti bitirmişəm. Hansı sənəd tələb olunur?
Xarici ali təhsil müəssisəsində əldə etdiyiniz ixtisasın Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam tanınmasına dair sənəd və çağırış məlumatları tələb olunur. Uyğunluq müvafiq beynəlxalq reytinqin nəzərdə tutulan dövr üzrə nəticələrinə əsaslanır.
Dövlət Proqramı siyahısındakı universiteti şəxsi vəsaitimlə bitirmişəm. Müraciət edə bilərəm?
Bəli, maliyyələşdirmə üsulundan asılı olmayaraq, təsdiq edilmiş siyahıdakı universiteti məhz siyahıda nəzərdə tutulan uyğun təhsil proqramı üzrə bitirmiş məzunlar bu meyarla müraciət edə bilərlər.
İT sahəsində istənilən sertifikat yetərlidirmi?
Xeyr. Sertifikat aidiyyəti dövlət qurumu tərəfindən cari təqvim ili üçün təqdim edilmiş siyahıda olmalı və müvafiq Advanced və ya Expert səviyyəsi tələbinə uyğun gəlməlidir.
Müraciətdə sənəd unudulsa və ya əlavə sənəd lazım olsa, necə məlumat alacağam?
Komissiyanın bildirişləri şəxsi kabinetinizdəki “Məktub qutusu” bölməsinə göndərilir. Yeni mesaj daxil olduqda e-poçt ünvanınıza xəbərdarlıq gəlir. Sənədlərdə düzəliş tələb olunarsa, “Müraciətim” bölməsində düzəliş imkanı açılır.
Meyara uyğun olmaq xidmət yerinin avtomatik təsdiqlənməsi deməkdirmi?
Xeyr. Bu portalda meyar seçimi və ilkin məlumatların təqdim edilməsi nəzərdə tutulur. Uyğunluq və xidmətə dair qərarlar səlahiyyətli qurumların müvafiq prosedurları çərçivəsində müəyyən edilir.